Səfər Əbiyev ABŞ-ın nəqliyyat komandanını qəbul edib
0
0
Oktyabrın 19-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüş zamanı ABŞ və Azərbaycan Respublikası arasındakı hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.
0
0