Kəmaləddin Heydərov Fransa səfiri ilə görüşdü
18 oktyabr 2012 19:20 (UTC +04:00)

Kəmaləddin Heydərov Fransa səfiri ilə görüşdü

0
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən danışıb. O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən danışaraq nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdiyi avadanlıqların mühüm rol oynadığını qeyd edib. Nazir, həmçinin, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
Görüşdə nazir Kəmaləddin Heydərov səfirə fəaliyyətində uğurlar arzulayıb, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirilib.
Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və Fransanın ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1023

Oxşar yazılar