Bakir İzetbeqoviç: “Bizə güvənə bilərsiniz”
0
0
Bakıda səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç mətbuat üçün bəyanatla çıxış edib. APA-nın məlumatına görə, o, qonaqpərvərliyə, ölkəsinin ən çətin dövründə Azərbaycan dövlətinin və xalqının verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlıq edib: “Biz oxşar tarix yaşamışıq. Hətta oxşar əlamətdar illər belə üst-üstə düşür. Əvvəlcə kommunist rejimində yaşamağımız, daha sonra 1990-cı ildə ölkələrimizdə demokratiyanı inkişaf etdirməyə başlamağımız, 1992-ci ildə çətinliklərlə üzləşməyimiz və digər tarixlər. Bizim xalqlarımız, dövlətlərimiz soyqırımı problemi, təcavüzlə, ölkənin parçalanmasına yönələn cəhdlərlə üzləşib. Bosniya və Herseqovina sərhədləri güc vasitəsilə dəyişməyə cəhd göstərənləri heç vaxt dəstəkləməyəcək. Bu məsələdə bizə güvənə bilərsiniz”.
Bakir İzetbeqoviç bildirib ki, iki ölkə arasında niyyətləri konkret hərəkətə yönəltməyin vaxtı çatıb: “Məsələn, iqtisadi əlaqələrin qurulması, nümayəndə heyətlərinin mübadiləsi, sərmayə qoyuluşu və sairə. Bosniya və Herseqovina Azərbaycana maraq göstərir. Sizin yüksək keyfiyyətli və münasib qiymətə təklif etdiyiniz təbii qazınız vardır. Böyük qaz istehlakçısı olduğumuza görə biz alternativlər axtarmalıyıq. Eyni zamanda, biz Sizin sərmayələrinizdə də maraqlıyıq.
Bosniya və Herseqovinada kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrinin inkişafına maraq vardır. Bizdə turizmin inkişafı üçün imkanlar mövcuddur. Amma biz, ilk növbədə, qarşılıqlı səfərlər həyata keçirməliyik. Bu gün biz bir sıra sənədlər imzaladıq ki, bunlar da ölkələrimiz arasında daha asan münasibətlər qurmağa, nümayəndə heyətlərinin, iş adamlarının qarşılıqlı səfərlərini təşkil etməyə imkan verir. Əminəm ki, Sizin dediyiniz kimi, bizi gələcəkdə daha yaxşı münasibətlər gözləyir”.
Bakir İzetbeqoviç prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib: “İstərdim Sizi yenidən Bosniya və Herseqovinaya səfərə dəvət edim. Zənnimcə, bizim gözəl ölkəmizə bir daha səfər etməyinizin vaxtı çatıb. Düşünürəm ki, Azərbaycana səfərə gələcək bosniya və herseqovinalılar mənim kimi Sizin ölkənizin və paytaxtınızın gözəlliyinə heyran olacaqlar. Nümayəndə heyətimizin üzvləri və mən Bakının gözəlliyinə heyran qaldıq. Bir daha təşəkkür edirəm”.