Azərbaycan prezidenti ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib - FOTO
18 oktyabr 2012 18:28 (UTC +04:00)

Azərbaycan prezidenti ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib - FOTO

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional sülhün və sabitliyin təmin olunması məsələlərindən danışılıb, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakının əhəmiyyəti yüksək qiymətləndirilib, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar