Özəl televiziyalar arasında ədəbi dillə bağlı müsabiqə keçiriləcək
18 oktyabr 2012 17:47 (UTC +04:00)

Özəl televiziyalar arasında ədəbi dillə bağlı müsabiqə keçiriləcək

0
Lent.az-ın məlumatına görə, bunu Milli Teleradio Şurasının sədri Nurşirəvan Məhərrəmli bildirib.

O qeyd edib ki, televiziyalarda ədəbi dilin qorunması məsələsi çox ciddi olduğu üçün belə bir müsabiqə keçirəcəyik. “Bu müsabiqə 2013-cü ildə keçiriləcək və bu yarışmada yalnız özəl kanallar iştirak edəcək” - deyə, MTRŞ-nın sədri əlavə edib.

N. Məhərrəmli onu da vurğulayıb ki, müsabiqədə qalib gələn televiziyalar mükafatlandırılacaq.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 843

Oxşar yazılar