ATƏT PA-nın hazırkı və keçmiş sədrləri Azərbaycana gələcəklər
0
0
“ATƏT Parlament Assambleyasının sonuncu payız sessiyasında Milli Məclisin sədri Oqtay Əsədovun bu qurumun İtaliyadan olan sədri Rikkardo Milyoriyə göndərdiyi rəsmi dəvət məktubunu onun özünə təqdim etmişəm və dəvət həmin şəxs tərəfindən müsbət qarşılanıb”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova söyləyib. Bahar Muradovanın bildirib ki, həmin vaxt səfərin nə vaxt reallaşacağı ilə bağlı Rikkardo Milyori tərəfindən konkret fikir söylənməsə də, yaxın zamanlarda onun səfəri başa tuta bilər. Sessiya çərçivəsində ATƏT PA sədrinin səlahiyyətli nümayəndəsi və Qarabağ məsələsi üzrə məruzəçisi Joao Soareşlə də görüşdüyünü deyən vitse-spiker həmin şəxsin özünün Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edib: “O, özü də Daimi Komitənin iclasında bildirdi ki, bölgəyə səfər etmək istəyir. Çünki il yarımdan çoxdur, o, məruzəçi seçilib, ancaq onun bölgəyə səfəri alınmır, daha doğrusu, bu müddət ərzində bir dəfə olsun belə Azərbaycana səfər etməyib”.
Amma buna baxmayaraq məruzəçiyə böyük hörməti olduğunu
gizlətməyən Bahar Muradovanın sözlərinə görə, bu şəxs bir neçə il öncə ATƏT PA sədri vəzifəsində çalışıb və Qarabağ məsələsi ilə əlaqədar dəfələrlə elə ATƏT PA sədri kimi Azərbaycana səfərlər edib: “Joao Soareş Qarabağ məsələsinin mahiyyətini çox gözəl bilir. O da necə deyərlər, mövcud vəziyyətinə girovuna çevrilib. Yəni, danışıqlar prosesində heç bir irəliləyişin baş verməməsi, həm də ATƏT PA Katibliyinin özünün iş qrafikinin çox gərgin olması səbəbindən o, Azərbaycana səfərini reallaşdıra bilmir. ATƏT PA Katibliyinin iş qrafiki gərgindir. Bu baxımdan, məruzəçinin özünün də çıxışında səsləndirilən fikir bu idi ki, Katiblik iş qrafikinə müəyyən dəyişiklik edəndən sonra o, Azərbaycana səfər edəcək. Əslində o özü də bunu çox istəyir. Sadəcə, gələndə tək gəlməli deyil, Katiblik də onu müşayiət etməlidir. O nöqteyi-nəzərdən də səfər gecikir. Ancaq bununla belə bir məqamı da qeyd edim ki, onun özünün məsələyə obyektiv mövqeyinin formalaşdığını bilirəm”.