Bosniya və Herseqovinann dövlət başçısı: “Azərbaycanın sərmayələrinə ehtiyacımız var”
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə Milli Məclisin sədri arasında görüş olub. Bosniya və Herseqovinanın Azərbaycanın dostu olduğunu deyən Oqtay Əsədov bildirib ki, bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafına şərait yaradacaq və gələcək əməkdaşlığımıza da böyük töhfə verəcək. Erməni silahlı birləşmələrinin Azərbaycanda törətdikləri qətliamları xatırladan O. Əsədov vurğulayıb ki, bir çox ölkələrin parlamentlərində bu soyqırımı tanınıb. Bosniya və Herseqovina parlamentində də bu soyqırımına qiymət verilsə Azərbaycan üçün çox önəmli olar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan B. İzetbeqoviç bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll olunmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir. Qonaq həm siyasi, həm də iqtisadi sahədəki mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini xüsusi vurğulayaraq deyib: “Ümid edirəm ki, Azərbaycan qazı bizim ölkəyə də çatacaq. Çünki bu qaza və Azərbaycanın sərmayələrinə bizim də ehtiyacımız var. Azərbaycan sərmayələrinin yatırılması üçün Bosniya və Herseqovinada əlverişli investisiya mühiti var”.

Oxşar yazılar

Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10