Yadigar Sadıqov İctimai Palatadan istefa verdi
17 oktyabr 2012 14:55 (UTC +04:00)

Yadigar Sadıqov İctimai Palatadan istefa verdi

0
Yadigar Sadıqov İctimai Palatadan istefa verib. Lent.az-ın məlumatına görə, bunu Müsavat başqanının müşaviri Y. Sadıqov “facebook” hesabında yazıb. Y. Sadıqov qeyd edib ki, uzun tərəddüdlərdən və böyük təəssüflə atdığı addımın səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır: “Müsavat Partiyası hər bir siyasi partiya kimi hakimiyyət uğrunda mübarizə aparır. Lakin bu partiyanın hədəfləri bu qədər dar deyildir. Müsavatın tarixi bir missiyası vardır ki, bu da Azərbaycan xalqının özünün suveren hüquqlarına sahib çıxmasına nail olmaqdır. Hakimiyyət orqanlarının seçilməsi də bu suveren hüquqlara aiddir. Bu günə kimi heç zaman Müsavat Partiyası bu suveren hüququ alver, sövdələşmə predmetinə çevirməyib və çevirməyəcək də. Bu səbəbdən də mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək qurumdan istefa vermək haqqında qərara gəldim. Xüsusilə vurğulamaq istəyirəm ki, bu addım mənim siyasi baxışlarımın və mövqeyimin dəyişilməsi kimi ehtiva olunmamalıdır. Müsavat Partiyasının üzvü kimi mübarizəmi davam etdirirəm, müsavatçılığın təntənəsi üçün əlimdən gələni edəcəyəm”.

Müsavat funksioneri onu da vurğulayıb ki, Müsavat Partiyasının oktyabrın 20-də keçiriləcək Məclisi partiyaya atılmış böhtana mütləq münasibət bildirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1544

Oxşar yazılar