![Fransa səfiri: “Xocalıda baş verənlər faciədir”](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Fransa səfiri: “Xocalıda baş verənlər faciədir”
“Mənim şəxsi fikrim belədir ki, soyqırımı məsələlərini tarixçilərin ixtiyarına buraxmaq lazımdır. Bundan vacib olan məsələ dialoq aparmaqdır”.
APA-nın məlumatına görə, Fransanın Azərbaycandakı səfiri Paskal Monye qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində yenidən müzakirəyə çıxarılması ehtimalını belə dəyərləndirib.
Səfir Fransa Konstitusiya Məhkəməsinin bu qanunun ölkənin Əsas Qanunu ilə ziddiyyət təşkil etdiyinə dair qərar çıxardığını xatırladıb: “Bildiyiniz kimi, Konstitusiya Məhkəməsi belə bir qərar çıxarıb ki, adı çəkilən qanun layihəsi ölkənin Əsas Qanunu ilə ziddiyyət təşkil edir. Bununla da məsələ öz həllini tapıb. Qeyd olunan qanunun qəbulu üçün Konstitusiyanı dəyişmək lazımdır”.
Xocalı hadisələri ilə bağlı məsələsi şərh edən səfir baş verənləri faciə adlandırıb və münaqişə tərəflərini nizamlama yolunu tapmaq üçün dialoqa çağırıb: “Xocalı məsələsinə gəldikdə, bilirəm ki, Azərbaycan orada soyqırımı törədildiyini düşünür. Mən soyqırımı məsələsini qiymətləndirmə üzrə ekspert deyiləm, amma düşünürəm ki, Xocalıda baş verənlər faciədir. Mənim Azərbaycanla ilk təmasım Parisdə Fransa Milli Assambleyasının Xocalıda baş verənlərə həsr olunmuş seminarda iştirakım zamanı olub. Bakıya gələndə Şəhidlər Xiyabanını ziyarət etmişəm. Görürəm ki, Qarabağ problemi bir çox ailələrə toxunmuş böyük iztirabdır. Lakin eyni zamanda Azərbaycan və Ermənistan yeni dialoqa başlamalıdır. Əvvəllər müharibə aparmış Fransa və Almaniyanın etdiyi kimi. Bu gün bu ölkələr döyüşmürlər, iqtisadi sahədə rəqabət aparırlar”.

Oxşar yazılar
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək
27 iyul 2024 , 15:19![87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb](https://lent.az/storage/news/2024/july/27/big/66a4ce1cba8ac66a4ce1cba8ad172207670066a4ce1cba8a866a4ce1cba8aa.webp)
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
27 iyul 2024 , 14:36![Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ](https://lent.az/storage/news/2024/july/27/big/66a4cb7f2a8b366a4cb7f2a8b4172207603166a4cb7f2a8ae66a4cb7f2a8b0.jpg)
Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ
27 iyul 2024 , 14:26![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)