İrandan Bakıda sürpriz jest
İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində İran sürpriz şəkildə indiyə qədər Şimali Kipr Türk Respublikasının qurumda müşahidəçi statusunda təmsilçiliyinə qoyduğu vetonu qaldırıb. Lent.az-ın verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejadın sammitdə çıxışında Türkiyəyə təşəkkür etməsi də sürpriz olub.
Çünki son dövrlər iki ölkə arasında Suriya məsələsi ilə bağlı dərin fikir ayrılığının olduğu sirr deyil. Məhz İranın bu jestlərindən sonra öncədən planlanmadığı halda Bakıda Rəcəb Tayyib Ərdoğan və Mahmud Əhmədinejad arasında görüş keçirilib. 40 dəqiqə davam edən görüşdə Rəcəb Tayyib Ərdoğan Suriyanın Türkiyənin Akçakale rayon mərkəzinə mərmi atmasından sonra bu ölkəyə zərbə endirilməsi məsələsində Ankaranın haqlı olduğunu söyləyib. Mahmud Əhmədinejad da Akçakale məsələsində Türkiyənin haqlı olduğunu etiraf edib. Hər iki lider Suriyada axan qanın durması üçün bölgə ölkələri arasında təmasların artmasını zəruri sayıb. Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, AKP sədrinin müavini Numan Kurtulmuş da iştirak ediblər.
Qeyd edək ki, bu gün axşam saatlarında sammitdə ŞKTC-yə təşkilatda müşahidəçi status verilməsi barədə qərar qəbul ediləcək.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45