Vesti.az erməni təbliğatına imkan vermədi
16 oktyabr 2012 16:50 (UTC +04:00)

Vesti.az erməni təbliğatına imkan vermədi

0
Lent.az-ın məlumatına görə, yazıda adı keçən Ukraynanın travel.tochka.net saytı etdiyi yanlışlığa görə Azərbaycan xalqından üzr istəyib. Adıgedən yazı saytdan dərhal çıxarılıb.

Xatırladaq ki, tochka.net portalına daxil olan və əsasən turizm və səyahətlər mövzusunda yazan travel.tochka.net saytında Dağlıq Qarabağa turizm səfərləri reklam olunub və bu ərazi Azərbaycan ərazisi kimi göstərilməyib.

Bu gün Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev vesti.az-la əlaqə saxlayaraq bildirib ki, səfirlik tochka.net portalının rəhbərliyi ilə əlaqə saxlayaraq, onlara Azərbaycanın mövqeyini çatdırıb.

Babayevin dediyinə görə, saytın rəhbərliyi üzr istəyib və bildirib ki, Dağlıq Qarabağla bağlı saytda gedən fraqmentlər silinəcək. Az keçmiş həqiqətən də yazı saytdan yığışdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2853

Oxşar yazılar