Azərbaycan və Rusiya arasında Xəzərlə bağlı məsləhətləşmələr keçirilib
0
0
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İ.B.Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzəryanı dövlət başçılarının 18 noyabr 2010-cu ildə Bakıda keçirilmiş Zirvə Görüşündə qəbul olunmuş protokol qərarının icrası məqsədilə bir sıra mühüm məqamlar, o cümlədən digər müvafiq məsələlər müzakirə olunub, eləcə də növbəti Zirvə Görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanmış və müntəzəm olaraq davam etdirilməsinin zəruri olduğu bildirilib.
Həmin gün Nazir müavini X. Xələfov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Stats Katibi, nazir müavini Q. B. Karasinlə görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuş və qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparılıb.