Fazil Mustafa Gülər Əhmədovadan danışdı
16 oktyabr 2012 12:58 (UTC +04:00)

Fazil Mustafa Gülər Əhmədovadan danışdı

0
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı danışıb.

Lent.a-ın verdiyi məlumata görə, parlamentdə cari məsələlərlə bağlı çıxış edən millət vəkili Fazil Mustafa deyib ki, parlamentdən kənar müxalif qüvvələr millət vəkillərini bu məsələ barədə danışmağa cəsarət edə bilməməkdə günahlandırırlar.

O, bunun əsassız olduğunu vurğulayıb: “İstintaq başa çatmadığı üçün bu məsələ barədə danışmağa lüzum görməmişik. Niyə danışmağa cəsarətimiz çatmasın? Fərdi məsələləri bəhanə edib millət vəkillərinə qarşı belə ittiham səsləndirmək düzgün deyil. Biz buna etirazımızı bildirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2236

Oxşar yazılar