Siyavuş Novruzov: “Azərbaycandan bir molla gedib Fransada...”
16 oktyabr 2012 12:22 (UTC +04:00)

Siyavuş Novruzov: “Azərbaycandan bir molla gedib Fransada...”

0
Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov söyləyib.

Siyavuş Novruzov deyib ki, Azərbaycan həmişə dini tolerantlıq baxımından dünyada nümunə ölkə olub: “İndi Venesiya Komissiyası Dini etiqad azadlığı haqqında qanuna dəyişikliklə bağlı layihə göndərilib. Azərbaycanı laboratoriyaya çevirmək istəyirlər. Bu, qəbuledilməzdir. Təklif edilən dəyişikliklərdən biri Azərbaycanda xarici vətəndaşlara və
vətəndaşlığı olmayan şəxslərə dini ayinləri icra etməyə icazə verilməsi ilə bağlıdır. Bu, mümkün deyil, dünyanın heç bir ölkəsində belə hal yoxdur. Azərbaycandan bir molla gedib Fransada dini ayin icra edə bilərmi? Fransada çadra ilə gəzməyə qoymurlar, buna söz deyilmir. Azərbaycana qarşı niyə belə davranış sərgilənir?”

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1857

Oxşar yazılar