Türkiyənin baş naziri  Bakıdadır
16 oktyabr 2012 01:26 (UTC +04:00)

Türkiyənin baş naziri Bakıdadır

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

Lent.az-ın məlumatına əsasən, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1252

Oxşar yazılar