Diplomatımız rusiyalı həmkarı ilə görüşüb
15 oktyabr 2012 21:16 (UTC +04:00)

Diplomatımız rusiyalı həmkarı ilə görüşüb

Bu gün Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında görüş keçirilib.

APA-nın Rusiya XİN-in saytına istinadən xəbərinə görə, görüşdə beynəlxalq arenada əməkdaşlıq və ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub.

Tərəflər 2010-cu ilin oktyabrında Bakıda keçirilmiş III Xəzər sammitinin qərarlarının yerinə yetirilmə vəziyyətini də müzakirə ediblər və Aşqabadda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın hazırlanması üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun növbəti iclasının çağırılmasını zəruri sayıblar.

Görüşdə Rusiya prezidentinin MDB üzvü olan həmsərhəd ölkələrlə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçik də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar