Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavinini qəbul edib
15 oktyabr 2012 13:03 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavinini qəbul edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və ABŞ arasında hərtərəfli əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib.

Xarici işlər naziri iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının vacib olduğunu qeyd edib və Ermənistan tərəfinin sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin təəssüf doğurduğunu söyləyib.

Erik Rubin isə ABŞ-ın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Erik Rubin Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasında oynadığı rolun təqdirəlayiq olduğunu və bunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.

Görüş zamanı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar