İsraildə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
0
0
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“AZİZ”) tərəfindən təşkil olunan tədbirdə assosiasiyanın prezidenti, Knessetin deputatı Aleks Miller tədbirdə çıxış edərək bildirib ki, 18 oktyabr – Müstəqillik Günü əslən Azərbaycandan olan bütün insanlar üçün əzizi gündür.
Aleks Miller deyib ki, müstəqil, demokratik və güclü Azərbaycan İsrail dövlətinin mühüm strateji tərəfdaşıdır. “AZİZ”in baş direktoru Lev Spivak öz çıxışında bütün iştirakçıları təbrik edib və Rexovot şəhər şurasının deputatı Yefim Zaikinin təbrik məktubunu oxuyub. Məktubda müsəlman ölkəsi olan Azərbaycanla inkişaf etməkdə olan dostluq əlaqələrinin İsrail üçün çox vacib olduğu vurğulanıb. Daha sonra toplantıda “AZİZ”in Rexovot şəhərində bölməsi təsis olunub və Roman Manaşirov bu bölmənin rəhbəri seçilib.
“AZİZ” yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycanın demokratik ənənələri, müstəqillik əldə etməsi tarixi barədə iştirakçılara məlumat verib. Azərbaycan Respublikasının iqtisadi və strateji parametrlərinə görə Cənubi Qafqazın lideri olduğunu qeyd edən Yeganə Salmanın sözlərinə görə, bu, İsrailin postsovet məkanında, eləcə də bütün Şərqdə etibarlı və güclü tərəfdaşı olması fikrində daha da əmin olmağa imkan verir. Rəsmi hissə başa çatdıqdan sonra keçirilən bədii hissədə İsrailli müğənni Xava Dolev Azərbaycan xalq havalarını ifa edib.