Gənc fəal azadlığa buraxıldı
0
0
“Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı azadlığa buraxılıb. O, “Azadlıq” radiosuna müsahibəsində həbsdə olduğu 15 gün ərzində fiziki təzyiqlə qarşılaşmadığını bildirib.
Z. Qurbanlı bildirib ki, ondan üzvü olduğu hərəkatın hazırladığı bukletlərlə bağlı soruşublar. O, bunu öz təşəbbüsü ilə hazırladığını deyib və başqa adlar çəkməyib: “Bir həftə müddətində mənim müdafiəmi çox yaxşı quruldu, hamıya təşəkkür edirəm. Həm güclü müdafiə olunduğuma görə, həm də gördülər ki, heç kimin adını çəkmirəm ona görə həbsimin ikinci həftəsində məni dindirməyi dayandırdılar”.
Onun sözlərinə görə, nəşr etdiyi bukletlərin ekspertizası keçirilib, bukletlərdə hökumət əleyhinə açıq və zorakı çağırış aşkarlanmayıb.
Z. Qurbanlı saxlanma şəraitinin normal olduğunu, təcridxana əməkdaşlarının onunla normal davrandıqlarını da qeyd edib.
Qeyd edək ki, Z. Qurbanlı bu il sentyabrın 29-da saxlanılıb. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı.
Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirilirdi ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.
Bundan sonra Abşeron Rayon Məhkəməsi onun barəsində 15 gün müddətinə inzibati həbs qərarı çıxarıb.