Əfqanıstan prezidenti Azərbaycana gəlir
13 oktyabr 2012 13:26 (UTC +04:00)

Əfqanıstan prezidenti Azərbaycana gəlir

0
APA-nın məlumatına görə, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) oktyabrın 16-da Bakıda keçiriləcək XII sammitində iştirak etməkdir.

Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul da Azərbaycana gələcək. O, İƏT Nazirlər Şurasının oktyabrın 15-də keçiriləcək 20-ci iclasına qatılacaq.

Qeyd edək ki, Sammitin yekunlarına dair qəbul olunacaq Bakı Bəyannaməsində təşkilatın gələcək fəaliyyət istiqamətləri əksini tapacaq.

Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb.

Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1119

Oxşar yazılar