Nazarbayev dünya türklərini birləşməyə çağırdı
13 oktyabr 2012 11:33 (UTC +04:00)

Nazarbayev dünya türklərini birləşməyə çağırdı

0
APA-nın xəbərinə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev İstanbulda keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunun bağlanış mərasimində deyib.

N.Nazarbayev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən sitat gətirib: “Atatürk deyərdi ki, vaxt gələcək, bütün türklər birləşəcəklər. Ona görə də mən bütün türkdilli qardaşlarımı salamlayıram. Altay və Aralıq dənizi arasında bizim 200 milyon qardaşımız yaşayır. Əgər biz birləşsək, bütün dünyada effektiv gücə çevrilə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1175

Oxşar yazılar