Türkdilli ölkələrin bayrağı qaldırıldı
13 oktyabr 2012 06:34 (UTC +04:00)

Türkdilli ölkələrin bayrağı qaldırıldı

0
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Beşiktaş rayonunda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası baş katibliyinin binası qarşısında keçirilmiş mərasimdə Türkiyə və Qazaxıstan prezidentləri Abdullah Gül və Nursultan Nazarbayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu türkdilli ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.

A.Gül çıxışında 2009-cu ildə Naxçıvan sazişi ilə əsası qoyulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının türk dünyası xalqları arasında əlaqələrin gücləndirilməsində müstəsna xidmətlərini qeyd edərək, bu işdə böyük əməyi olan dövlət başçılarına təşəkkürünü bildiib.

Sonra təşkilatın bütün türkdilli ölkələrin rəmzləri əks olunmuş bayrağı qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1567

Oxşar yazılar