ABŞ-dakı səfirimiz Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
Texas ştatına səfəri çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika Yəhudi Komitəsinin Hyuston nümayəndəliyinin rəhbərliyi və üzvləri ilə görüşüb.
Azərbaycanın ABŞ səfirliyinin mətbuat xidmətindən Lent -a verilən məlumata əsasən, görüş zamanı diplomat Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərdən bəhs edərək, İsrailin enerjiyə olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyi bildirib, Azərbaycanın digər dövlətlərlə yanaşı, İsrail səfirliyinin təhlükəsizliyinin təmininə xüsusi diqqət yetirdiyini qeyd edib.
E.Süleymanov həmçinin tarixən ölkəmizdə məskunlaşmış yəhudi icmasının cəmiyyətin bütün istiqamətlərində fəal iştirakını xüsusi vurğulayaraq, müsəlman və yəhudilərin müqəddəs dini kitablarına əsasən, daha yaxın və ortaq dəyərləri bölüşdüyünü qeyd edib.
Azərbaycanın “tolerantlıq nümunəsi” adlandırıldığını bildirən səfir ölkə rəhbərliyi tərəfindən etnik və dini müxtəlifliyin təşviqinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Komitə nümayəndələri terrorçuluq və radikalizmin bütün formalarına qarşı davamlı mübarizədə göstərdiyi qətiyyətli mövqeyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildiriblər və Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun nümunəvi məkanı kimi formalaşmış imici haqqında geniş Amerika ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29