Ərdoğan və Davudoğlu Bakıya gəlir
12 oktyabr 2012 20:10 (UTC +04:00)

Ərdoğan və Davudoğlu Bakıya gəlir

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda keçiriləcək 12-ci Sammitinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılacaq. APA-nın məlumatına görə, o, Bakıya oktyabrın 16-da gələcək.

Oktyabrın 15-də isə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Samit çərçivəsində keçiriləcək Nazirlər Şurasına qatılmaq üçün Azərbaycana gələcək.

İƏT-in Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642

Oxşar yazılar