İslam Kərimov: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi vacibdir”
0
0
Bu gün sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının prezidenti İslam Kərimov mətbuata bəyanatlarla çıxış ediblər. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, İslam Kərimovun Azərbaycana səfərinin əhəmiyyətini vurğulayan prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamik və uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin bütün sahələrdə genişləndirilməsinə güclü təkan verdiyini söyləyib.
Dövlət başçısı ölkələrimiz arasında beynəlxalq qurumlarda da fəal qarşılıqlı əlaqələri məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Özbəkistanın dəstəyinə görə minnətdarlığını çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də göstərilən dəstəyə görə Özbəkistan prezidentinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan da beynəlxalq arenada qardaş özbək xalqına dəstək olub və bundan sonra da olacaq. Azərbaycanın reallaşdırdığı kommunikasiya layihələri haqqında danışan dövlət başçısı deyib ki, Azərbaycan və Özbəkistan yeni İpək Yolunu tikir. Bu yol qitələri birləşdirərək, uzun illər böyük nəqliyyat potensialını təmin edəcək və regionda etimadın möhkəmlənməsinə töhfə verəcək. Prezident İlham Əliyev bu günlərdə keçirilmiş Hökumətlərarası Komissiyanın iclası zamanı da əməkdaşlığın istiqamətlərinin müəyyən edildiyini nəzərə çatdırıb. Dövlət başçısı bu gün ölkələrimiz arasında ticarət dövriyyəsinin lazımi səviyyədə olmadığını da qeyd edib. Onun sözlərin görə, bu gün humanitar əməkdaşlıq məsələsi də geniş müzakirə mövzusu olub və hər iki dövlət mədəni, milli irsin möhkəmləndirilməsi məsələsində eyni mövqedən çıxış edir.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan prezidenti deyib ki, onlar bu səfəri yüksək səviyyədə keçirilən görüşlərin məntiqi davamı kimi nəzərdən keçirirlər. Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında ticari-iqtisadi münasibətlərin müzakirə edildiyini deyən prezident İslam Kərimov da bildirib ki, ticarət əlaqələrinin bugünkü səviyyəsi nə Özbəkistan, nə də Azərbaycan tərəfini qane etmir, bu sahədə mövcud potensialdan tam istifadə edilmir. Azərbaycanı bu gün yeni kommunikasiya, tranzit xətlərinin inşası üzrə lider adlandıran Özbəkistan prezidenti vurğulayıb ki, ölkəmiz 10-15 il əvvəl reallaşması mümkün sayılmayan layihələrin mühüm təşəbbüskarıdır. Respublikamızın dinamik inkişaf tempini xüsusi qeyd edən ali qonaq deyib ki, bu amil Azərbaycanın dostlarında böyük sevinc doğurur. Dağlıq Qarabağ münaqişəsinə toxunan Özbəkistan prezidenti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayıb. Özbəkistan dövlətinin başçısı qeyd etdi ki, münaqişə şəraitində olan Azərbaycanın böyük uğurlara imza atması Azərbaycan xalqının qəhrəmanlığıdır.
Prezident İslam Kərimov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin dünya siyasətinin reallaşmasında Azərbaycanın rolunun beynəlxalq arenada etirafı kimi qiymətləndirib. Ali qonaq Bakıda müşahidə olunan müsbət dəyişiklikləri, aparılan geniş abadlıq və tikinti-quruculuq işlərini xüsusi qeyd etdi, bunların onu heyrətləndirdiyini vurğulayıb.
Prezidenti İslam Kərimov prezident İlham Əliyevi Özbəkistana rəsmi səfərə dəvət edib.