Fransa XİN ermənipərəst deputata cavab verdi
12 oktyabr 2012 12:26 (UTC +04:00)

Fransa XİN ermənipərəst deputata cavab verdi

0
Fransa Xarici İşlər Nazirliyi Milli Assambleyanın üzvü Valeri Buayenin (Valerie Boyer) Ramil Səfərovun ekstradisiyası və əfv olunmasına XİN-in münasibətini öyrənmək üçün 1 ay əvvəl göndərdiyi deputat sorğusuna cavab verib. APA-nın xəbərinə görə, Fransa XİN-in “Rəsmi qəzet”də dərc olunan cavabında bildirilir ki, nazirlik artıq bu məsələyə münasibətini ifadə edib: “Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir”.

Açıqlamada qeyd olunur ki, Fransa ATƏT-in Minsk Qrupunu həmsədri olaraq öz vəzifələrini yerinə yetirməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir: “Bu məqsədlə yaxın günlərdə və həftələrdə bizim hər iki ölkə ilə yüksək səviyyəli təmaslarımız olacaq”.

Xatırladaq ki, V. Buaye uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1333

Oxşar yazılar