BAXCP qurultay üçün Heydər Əliyev Mərkəzini istədi
0
0
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) III Qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması ilə bağlı müraciəti cavablandırıb. Lent.az-ın məlumatına görə, bu barədə BAXCP-nin mətbuat xidmətinə partiyanın baş katibi Söhrab Abdullayev məlumat verib. S.Abdullayevin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar şöbəsinin müdiri Zaur Ramazanovun BAXCP-yə göndərdiyi cavab məktubunda qurultayın keçirilməsi üçün iki məkan təklif olunub: "BŞİH BAXCP-nin III Qurultayının keçirilməsi üçün bizə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini və Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına Mədəniyyət Evini təklif edib. Təklif edilən yerlər partiyanın III Qurultayının keçirilməsi üçün tamamilə yararsızdır”.
S. Abdullayevin sözlərinə görə, BAXCP-nin qurultayına 780 nəfər nümayəndə seçilib: “Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətinə təkrar müraciət etmişik ki, qurultay nümayəndələrinin sayını nəzərdə alsın. Qurultayın keçirilməsi üçün Heydər Əliyev Mərkəzi daha uyğun məkandır”.