GUAM xarici işlər nazirləri Şurasının iclası keçirilib
Oktyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə bağlı xarici işlər nazirləri Şurasının iclası işinə başlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda çıxış edən Nazir Elmar Məmmədyarov GUAM-ın yaranma tarixi və məqsədlərindən danışıb, təşkilata üzvləri tərəfindən dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəklədiklərini vurğulayıb.
Elmar Məmmədyarov GUAM-ın əməkdaşlıq coğrafiyasının genişlənərək ABŞ, Yaponiya kimi dövlətlərlə, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini söyləyib. O, bu əməkdaşlığa verdiyi töhfəyə görə iclasda iştirak edən ABŞ, Yaponiya və Avropa Birliyi nümayəndələrinə minnətdarlıq bildirib.
GUAM-ın sədri V. Çeçelaşvili tədbirdə çıxış edərək təşkilatın prioritetlərindən söz açıb. Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Y. Lyanke, Ukraynanın xarici işlər naziri K. Qrişşenko, Gürcüstanın xarici işlər nazirinin müavini D. Salaqaniya, ABŞ-dan səfir Con Teft, Yaponiyadan səfir Toiçi Sakata, Avropa Komissiyasından isə Yan Tombinski təbirdə də çıxış ediblər. İclas GUAM xarici işlər nazirləri Şurasının Kommünikesinin qəbul ilə yekunlaşıb.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53