ATƏT Azərbaycanda internetdə dini təbliğatla maraqlanır
11 oktyabr 2012 12:17 (UTC +04:00)

ATƏT Azərbaycanda internetdə dini təbliğatla maraqlanır

0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya ilə, o cümlədən xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katerin Makqineslə görüş keçirilib.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, nazirlik informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə məsul olan qurumdur və bundan irəli gələrək ölkədə telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsinin inkişaf etdirilməsi missiyasını daşıyır.

Elmir Vəlizadə internetin inkişaf etdirilməsinin də nazirliyin əsas hədəflərindən biri olduğunu söyləyib. Adil Axmetov isə internetdə dini təbliğatların aparılması və bu istiqamətdə Azərbaycanın hansı addımlar atdığı ilə maraqlanıb. Elmir Vəlizadə bildirib ki, Azərbaycanda bu halların həyata keçirilməsi ölkəmizin qanunvericiliyi çərçivəsində baş verir. Çünki internetin bir vasitə olduğunu qonaqların diqqətinə çatdıran nazir müavini deyib ki, Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub: “Bu konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün nazirliyimiz əlaqələndirici qurum funksiyasını yerinə yetirir”.


Daha sonra Adil Axmetov internetdə “Müsəlmanların məsumluğu” filminin fraqmentlərinin yayılması və bunun nəticəsi olaraq bir sıra müsəlman dövlətlərində ixtişaşların yaranmasına diqqət çəkib. Elmir Vəlizadə qeyd edib ki, həmin materialların internetdə yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir. Bu cür hallara qarşı sosial şəbəkələrdə, forumlarda fikirlərin səsləndirildiyini nəzərə çatdıran rabitə və informasiya texnologiyaları nazirinin müavini onu da əlavə edib ki, karikaturaların yayılması və dini dəyərlərin aşağılanması məqbul sayıla bilməz: “Müxtəlif saytlar yayılan materiallara daha diqqətli yanaşmalıdır. Çünki onlara nəzarət etmək kimi imkanlar yoxdur. Hesab edirəm ki, belə hallara qarşı beynəlxalq təşkilatlar özləri addımlar ataraq qarşıdurmalara səbəb ola biləcək məsələlərin aradan qaldırılmasına çalışmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar