Özbəkistan prezidenti Bakıya gəlir
11 oktyabr 2012 04:19 (UTC +04:00)

Özbəkistan prezidenti Bakıya gəlir

Lent.az-ın məlumatına əsasən, Özbəkistanın dövlət başçısının mətbuat xidməti bu haqda açıqlama yayı : “Yüksək səviyyəli danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.

Səfərin yekununda dövlət başçılarının birgə bəyanatla çıxış etməsi, Azərbaycan-Özbəkistan arasında çeşidli sahələr üzrə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək bir sıra sazişlərin imzalancağı gözlənilir.

Prezidentlər - İlham Əliyev və İslam Kərimov arasında danışıqlar oktyabrın 12-də Zağulbada keçiriləcək.

İslam Kərimov iki dəfə - 1998 və 2008-ci illərdə Azərbaycanda rəsmi səfərdə olub.

Cari ilin ilk 8 ayının yekunlarına görə, Azərbaycan və Özbəkistan arasında mal dövriyyəsinin həcmi 15,5 milyon dollara yaxın olub. Bu, 2011-ci ilin uyğun dövrü ilə müqayisədə dörd dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747

Oxşar yazılar