Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb
10 oktyabr 2012 19:48 (UTC +04:00)

Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb

0
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazir FHN və BMT-nin aidiyyəti strukturları arasında ikitərəfli əlaqələrin səviyyəsindən danışıb, davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

Öz növbəsində, qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə FHN-lə BMT İP arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Sona nazir F. Akçuranın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar gələcək işlərində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar