Səfər Əbiyev Brüsseldə görüşlər keçirib
0
0
Azərbaycanın müdafiə, general-polkovnik Səfər Əbiyev Brüsseldə Şimali Atlantik Şurasının Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib. Azərbaycanın NATO yanındakı nümayəndəliyindən Lent.az-a verilən xəbərə görə, iclasda çıxış edən nazir Əfqanıstanda aparılan ISAF əməliyyatının cari vəziyyətinə dair fikirlərini bölüşərək Azərbaycanın göstərdiyi çoxtərəfli töhfələrin davam etdiriləcəyini də qeyd edib.
Müdafiə naziri təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq hüquq və NATO/SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır. Habelə, müxtəlif bəhanələrlə status-kvonun saxlanılması və işğalın davam etdirilməsinin Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törətdiyi vurğulanıb.
Brüsselə səfəri çərçivəsində general-polkovnik Səfər Əbiyev bir sıra dövlətlərin müdafiə nazirləri ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.