Prezident İlham Əliyev Kubanın yeni səfirini qəbul edib
0
0
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, səfir Omar Senon Medina Kinteron etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Azərbaycanla Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd edib. Kuba Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib. Səfir Azərbaycanla Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə birgə layihələr, sərmayə qoyuluşu, səhiyyə, idman, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
0
0