Qənirə Paşayeva ABŞ-da türkiyəli millət vəkilləri ilə görüşüb - FOTO
ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Türkiyə Böyük Millət Məclisinin 12 millət vəkilinin və Türkiyənin Mədəniyyət nazirinin müavini Abdurrahman Arıcının təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş Hyustonda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində baş tutub. Görüşdə 6 türk dövlətinin birlikdə ABŞ-da Türk xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keçmişlə bərabər bu gününü də özündə əks etdirən böyük və yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Türkiyənin daim Azərbaycanın yanında olacağını deyən Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyiblər. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikrini qeyd edərək Azərbaycanın da daima qardaş Türkiyənin yanında olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50
Prezidentin Macarıstan səfərindən VİDEO
21 may 2025 , 22:28
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib?
21 may 2025 , 16:00
İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28