Elşad İskəndərov Türkiyəyə getdi
0
0
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyəyə rəsmi səfərə gedib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən çəlumata görə, Türkiyənin Diyanət İşləri Başkanı Prof. Dr. Mehmet Görməzin dəvəti ilə baş tutan səfər çərçivəsində Komitə sədri Diyanət İşləri Başqanı, TİKA və Diyanət Vakfı rəhbərliyi, digər dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirəcək.
Ankara və İstanbulda keçiriləcək bir sıra görüşlərdə Azərbaycan və Türkiyə arasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iki qardaş ölkənin beynəlxalq miqyasda birgə həyata keçirə biləcəyi, İslamofobiyaya və multikulturalizmi təhdidə alan tendensiyaların qarşısının alınması istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Səfər çərçivəsində Komitə sədrinin Ankara və Mərmərə Universitetlərinin, İstanbul Müftiliyinin fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulub.
Səfərin sonunda E.İskəndərov TÜRK PA tərəfindən təşkil olunan “Dövlətlərarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərin rolu” mövzusunda keçiriləcək Beynəlxalq Forumda “Türkdilli dövlətlərin dünyaya inteqrasiyası və dinlərarası tolerantlıq modeli” mövzusunda çıxış edəcək.