Azərbaycan prezidenti: “Bu xülyadır, fantaziyadır...”
0
0
“Ermənistanın əsas məqsədi ondan ibarətdir ki, bu münaqişə öz həllini tapmasın. Hələ bir neçə il əvvəl Minsk qrupunun həmsədrlərinə öz fikrimi bildirmişdim və demişdim ki, məndə yaranan təəssürat bundan ibarətdir. Çünki əgər Ermənistan rəhbərliyi münaqişənin həllini istəsəydi, buna nail olmaq çox asandır”. Lent.az-ın Azərbaycan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ölkə başçısı İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışı zamanı çıxışında bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, müxtəlif variantlar təklif edilmişdi və 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında yeni təqdim edilən variant Azərbaycan tərəfindən prinsip etibarilə qəbul edilmişdi və bu barədə Azərbaycan rəsmi qaydada öz mövqeyini bildirib.
“Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət olacaq. Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaq. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb” - deyə, Prezident İlham Əliyev əlavə edib.