Prezident İlham Əliyev korrupsiyadan danışdı: “Cəza tədbirləri daha da sərt olacaq”
Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ölkə başçısı İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışı zamanı çıxışında bildirib. Prezident qeyd edib ki, inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir: “Ancaq ondan sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar da bəzi hallarda müəyyən müddətdən sonra eyni yolla gedirlər. Ona görə inzibati tədbirlər, əlbəttə ki, davam etdiriləcək. Cəza tədbirləri daha da sərt olacaq”.
Ölkə başçısı İlham Əliyev onu da vurğulayıb ki, bununla bərabər, korrupsiyanı mümkünsüz etmək üçün yeni üsullar da artıq işə salınır.
“Elektron hökumət, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə tətbiq edilən yeni sistemlər, qeydiyyat məsələsi, indi yeni yaradılmış “Asan” xidməti böyük dərəcədə bu korrupsiyanın qarşısını alacaq. Biz çalışırıq ki, Azərbaycanda şəffaflığı maksimum dərəcədə tətbiq edək. Bu sahədə də uğurlara nail olmuşuq” - deyə, dövlət başçısı əlavə edib.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35