İranın Bakıdakı konsulu Penitensiar Xidmətdə olub
0
0
Bu gün Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev İran İslam Respublikasının Bakıdakı konsulu Seyidmovsen Mövlayi və konsulluğun əməkdaşı Əlimirzə Əlimirzəyevi qəbul edilib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İran arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələr aparılıb. M.Quliyev səfirlik əməkdaşlarına Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və cəza çəkən əcnəbi vətəndaşlara olan münasibət barədə məlumat verib. Qeyd olunub ki, hər iki ölkə məhkumların vətəndaşı olduqları ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuş, eyni zamanda iki ölkə arasında analoji saziş də mövcuddur. Məhz bu hüquqi baza əsasında məhkum edilmiş şəxslərin öz ölkələrinə verilmələri sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəmüvafiq hesab olunub.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinin müdiri Seyidmovsen Mövlayi qəbula görə öz minnətdarlığını bildirib, Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.