Oqtay Əsədovdan Meksikaya təşəkkür
0
0
Azərbaycanda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədola görüşüb. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, O. Əsədov deyib ki, son bir ildə Meksikadan Azərbaycana bir neçə nümayəndə heyəti gəlib: “Meksika dövləti və parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Artıq Azərbaycan Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Biz 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Meksika parlamentinin qəbul etdiyi qərarları yüksək qiymətləndiririk və buna görə meksikalı dostlarımıza minnətdarlığımızı bildiririk”.
Porfirio Munyoz Ledo Azərbaycanda olmaqdan şərəf duyduğunu və ölkəmizə səfərindən məmnun qaldığını bildirib: “Meksika parlamentinin hər iki palatası – Senat və Deputatlar Palatası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Biz də hesab edirik ki, iqtisadi əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Bakıda Meksikanın səfirliyinin açılması münasibətlərimizin daha da genişlənərək bütün sahələri əhatə etməsində mühüm rol oynaya bilər. Meksikaya qayıdan kimi bu məsələni yenidən qaldıracağam”.
Sonra görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu, Azərbaycanla Meksika arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və s məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.