Azərbaycanla NATO arasında FTƏP-in Qiymətləndirmə sənədi müzakirə olunub
0
0
Oktyabrın 8-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında Azərbaycan Respublikasının 2012-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib. Azərbaycanın NATO yanında nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, “28+1” formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO-ya üzv ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı Azərbaycanda təhlükəsizlik sektorunda islahat, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata keçirir.