Cəbhədə monitorinq keçiriləcək
09 oktyabr 2012 10:23 (UTC +04:00)

Cəbhədə monitorinq keçiriləcək

0
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 10-da Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə. monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar