Prezident Meksika Konqresinin Komitə sədrini qəbul edib
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Son illərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edən prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib.
Dövlət başçısı Azərbaycanla Meksika arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Porfirio Munyoz Ledonun Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğulayıb.
Prezident İlham Əliyev ilə hələ Avropa Şurası Parlament Assambleyasında tanış olduğunu xatırlayan Meksika Birləşmiş Ştatlarının Konqresinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını söyləyib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29