İstanbulda İƏT Daimi komitəsinin iclası keçirilir
0
0
İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 28-ci iclası başlayıb.
Lent.az-ın «Azərtac»-a istinadən məlumatına görə, iclasda Azərbaycandan da ekspertlər iştirak edirl.
Oktyabrın 11-dək davam edəcək iclasın ilk toplantısında ekspertlərin gündəlikdə olan məsələlər - Daimi Komitənin 10 illik fəaliyyət proqramı, İƏT ölkələri arasında ticarətin həcmi ilə bağlı hesabat, İslam ölkələrində keçirilən ticarət sərgiləri, İslam ölkələri Standartlar və Metrologiya İnstitutu (SMİİC) və İslam Ticarət Palatasının hesabatları ətrafında müzakirələr keçirilib .Qəbul olunacaq qərarlar İƏT iqtisadiyyat nazirlərinin oktyabrın 10-da İstanbulda keçiriləcək iclasına təqdim olunacaq.
COMCEC-in 28-ci toplantısının iştirakçıları oktyabrın 11-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək Müstəqil İş Adamları Birliyinin təşkil edəcəyi Beynəlxalq biznes forumuna da qatılacaqlar.