Müsavat Partiyasının Məclisi olacaq
0
0
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Divanın müzakirə mövzularından biri oktyabrın 1-də Gürcüstan parlamentinə keçirilən seçkilər və Müsavat Partiyası üzvlərindən ibarət müşahidə qrupunun bu seçkilərdə fəaliyyəti olub.
Nümayəndə heyətinə rəhbərlik edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və nümayəndə heyətinin digər üzvləri müşahidə qrupunun işi və seçki prosesi barədə ətraflı məlumat veriblər. Partiyanın başqanı İsa Qəmbər seçkidən sonra partiyanın müttəfiqi olan Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvilidən müşahidə missiyasının fəaliyyətinə görə təşəkkür məktubu aldığını, həmçinin David Usupaşvilinin qalib “Gürcü Arzusu” koalisiyası tərəfindən parlamentin sədri vəzifəsinə təqdim olunduğunu qeyd edib.
Divan gürcüstanlı soydaşlarımızın problemləri ilə bağlı məsələlərin sistemli şəkildə araşdırılması və sənəd layihəsinin hazırlanmasını Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya həvalə edib.
Partiyadaxili məsələlərin müzakirəsi zamanı zona müşavirələri mövzusu müzakirə olunub. Divan bölgələrdə zona müşavirələrinin davam etdirilməsini məqsədəuyğun sayıb.
Divan Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu və hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Taleh Xasməmmədovun işi ilə bağlı prosesləri yaxından izlədiyini bildirib.
Müsavat Divanı oktyabrın 20-də saat 11:00-da partiya Məclisinin növbəti sessiyasının çağırılmasına dair qərar qəbul edib.
Divan İctimai Palatanın 13 oktyabrda keçirilməsi nəzərdə tutulan yürüş qərarının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıb və təşkilat strukturlarına bu istiqamətdə tapşırıqlar verib.