“Azərbaycanlılar da Gürcüstanın polis sistemində çalışacaq”
08 oktyabr 2012 17:25 (UTC +04:00)

“Azərbaycanlılar da Gürcüstanın polis sistemində çalışacaq”

0
Bizim üçün çox vacibdir ki, bütün qonşularımızla normal və möhkəm əlaqə yaradaq. Bunu mütləq həyata keçirəcəyik”.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri APA-ya eksklüziv açıqlamasında Gürcüstanın yeni daxili işlər naziri vəzifəsinə təqdim olunan İrakli Qaribaşvili deyib. O bildirib ki, polis siyasətdən kənar olmalıdır: “Bizim polis daha siyasi tapşırıqları yerinə yetirməyəcək. Polis ona göstərilən təzyiqlərdən və qanunsuz tapşırıqlardan azad olmalıdır”.


İ. Qaribaşvili hazırda vəzifədə çalışan polislərin işdə saxlanacağını söyləyib: “Heç bir polis öz vəzifəsindən qanunsuz azad edilməyəcək və biz onların hüquqlarının qarantıyıq. Qarant mənəm və bizim polisin birinci dostu mən olacağam”.

İ. Qaribaşvili Gürcüstanda yaşayan milli azlıqların, o cümlədən azərbaycanlıların da polis sistemində çalışacağını vurğulayıb: “Biz azərbaycanlı və digər millətlərin nümayəndələri ilə əməkdaşlıq edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1412

Oxşar yazılar