BAXCP-də dindarların aksiyası müzakirə olunub
0
0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ aqressiv dini əhval-ruhiyyədə köklənmiş bir qrup şəxsin oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiya ilə bağlı olub: "BAXCP İdarə Heyəti hesab edir ki, aksiyaya zorakı əməllər törətmək və polislə qarşıdurmaya getmək üçün hazırlıqlı gəlmiş dini ekstremistlərin arxasında duran qüvvələrin kimliyi müvafiq qurumlar tərəfindən müəyyənləşdirilməli və bu barədə ictimaiyyətə məlumat verilməlidir".
BAXCP aksiya zamanı qanuna zidd əməllərə yol vermiş şəxslər zərərsizləşdirildikdən sonra onlara qarşı polis tərəfindən ifrat güc tətbiq edilməsini də yolverilməz hesab edir.
Qeyd edək ki, İdarə Heyətinin toplantısında partiyanın III Qurultayına hazırlığın vəziyyəti və Qurultayın müzakirəsinə təqdim olunacaq sənədlərlə bağlı müzakirələr də aparılıb.