“Gürcüstan və Azərbaycan bir-birindən ayrı yaşaya bilməz”
08 oktyabr 2012 16:00 (UTC +04:00)

“Gürcüstan və Azərbaycan bir-birindən ayrı yaşaya bilməz”

0
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşlarından biridir. Əlbəttə, bu strateji əməkdaşlıq və qardaşlıq münasibətlərimiz getdikcə daha da dərinləşəcək. Biz bir-birimizdən ayrı yaşaya bilmərik. Mən çox şad olaram ki, azərbaycanlı həmkarımla görüş imkanı əldə edim. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bizim münasibətlərimiz daha çox dərinləşəcək”.


Bu sözləri APA-ya açıqlamasında Gürcüstanın yeni hökumətində baş nazirin müavini və müdafiə naziri vəzifəsinə təqdim olunan İrakli Alasaniya deyib. İ. Alasaniya Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə sürətlə inteqrasiya olunacağını bildirib: “Onlar bizim vətəndaşımızdır. Biz azərbaycanlıları çox sevir və onlara böyük hörmət bəsləyirik. Onlar bizim cəmiyyətdə gedən inteqrasiya prosesində daha fəal olacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1441

Oxşar yazılar