İtaliya parlamenti Xocalı faciəsi ilə bağlı sənədi müzakirə edəcək
0
0
İtaliya Parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq. Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli söyləyib. O bildirib ki, bu ilin martında Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İtaliyaya səfər edib. İtaliyanın keçmiş baş naziri, PDL Partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyasının gələcək əlaqələri geniş müzakirə olunub. Bu görüşdə Xocalı soyqırımı ilə bağlı da müzakirələr aparılıb və İtaliya Parlamentinin PDL partiyasından olan üzvü, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun ən aktiv üzvlərindən olan Maurizio del Tenno Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsini parlamentə təqdim etmək qərarına gəlib: “Bu sənədə İtaliya Parlamentində olan əsas siyasi partiyaların nümayəndələri imza atıblar. Azərbaycanın yaxın dostu, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədr müavini Provera Fiorello da bu qətnamənin müxtəlif siyasi partiyalar tərəfindən dəstəklənməsi istiqamətində çox mühüm işlər görüb. Yaxın zamanda bu layihə müzakirəyə çıxarılacaq. Bu qətnamə üzərində bu ilin əvvəllərindən çalışırıq. Amma indi bu məlumatı artıq mətbuatda əks etdirmək olar, çünki qətnamənə layihəsi artıq avqust ayının 8-dən İtaliya Parlamentinin rəsmi web-səhifəsində yerləşdirilib, qətnaməni imzalayan 42 deputatın soy adları yazılıb. Bildiyim qədər Əli Əhmədov qətnamənin parlamentə artıq təqdim edildiyi haqda Maurizio Del Tennodan rəsmi məktub da alıb”.
Azər Kərimli deyib ki, artıq Ermənistanın İtaliyadakı səfiri əl-ayağa düşüb və qətnamənin müəllifi Del Tenno və bir sıra başqa deputatlarla görüşmək istəyib. Del Tenno artıq hədə-qorxu dolu anonim məktub da alıb: “Hətta sentyabr ayının 15-də LNP Partiyasının Pesaro şəhər şöbəsinin katibi, arvadı erməni olan (öz məktubunda bunu açıq-aydın qeyd edir) Danilo Fuligno öz partiyasının bir neçə üzvünün bu qətnaməni imzalamasına etiraz olaraq partiya rəhbərlərinə və Avropa Parlamentinin bu partiyadan olan üzvlərinə yalan və Azərbaycana qarşı böhtan dolu bir məktub yazıb. Bu məktuba artıq cavab hazırlamışıq. Bu qətnamə ətrafında mübarizə artıq açıq müstəviyə keçib. İtaliya Senatı və parlamenti bundan əvvəl Azərbaycanla bağlı ədaləti müdafiə edən, beynəlxalq hüquq normalarına söykənən qətnamələr qəbul edib. Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni də nümunə göstərmək olar. Avropa Parlamenti isə 2010-cu ilin may ayında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox tutarlı bir qətnamə qəbul edib. Deyərdim ki, bu qətnamə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ən mühüm beynəlxalq sənəddir və ermənilərin iç üzünün açılmasında bu sənəd xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar onu göstərir ki, artıq Avropa siyasətçiləri Dağlıq Qarabağ probleminə ədalət prinsipi ilə yanaşmağa başlayıblar. Onu da deyim ki, İtaliya parlamentinin qəbul edəcəyi qətnamə layihəsini sonradan İtaliya senatı da müzakirəyə çıxaracaq. İnanıram ki, İtaliya parlamentariləri bu dəfə də ədalət prinsiplərinə sadiq qalacaq, beynəlxalq hüquq normalarına söykənərək humanizmi, insanlığı müdafiə edəcəklər”.