Müsavatdan KXCP sədrinə cavab
0
0
Lent.az-ın məlumatına görə, toplantıda çıxış edən partiya sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, KXCP daxilində heç bir fraksiya ola bilməz. M. Mirəlioğlu həmçinin vurğulayıb ki, bu, rəqiblərinin KXCP-yə qarşı təxribatıdır. Partiya sədri Müsavatı hədələməkdən belə çəkinməyib: “Əgər qeyd olunan fraksiya toplantısını Müsavat qərargahında keçirsə, bu, həmin partiyaya baha başa gələcək”.
Məsələyə münasibət bildirən Müsavat başqanının müavini Tofiq Yaqublu qeyd edib ki, təmsil olunduğu partiyanın toplantı keçirmək üçün “Demokratik Birlik” fraksiyasına yer verməsi texniki bir məsələdir: “Müsavat Partiyasının qərargahı Azərbaycanda demokratik cəmiyyətin bir toplantı yeridir. Biz həmin fraksiyaya KXCP daxilindəki işlərə qarışmadan şərait yaratmışıq”.
T. Yaqublunun sözlərinə görə, KXCP istəsə, onlar da Müsavatın qərargahında toplantı keçirə bilər. Müsavatla KXCP arasında münasibətlərə gəlincə, Yaqublu bunları deyib: “Bizimlə KXCP arasında müəyyən fikir ayrılığı var. Mirmahmud bəy İctimai Palatanın doğru yolda olmadığını iddia edir. Yəni hadisələrə baxışda müəyyən fərqlilik var. Ancaq həmin partiyanın əksər üzvləri İctimai Palatada təmsil olunur”.
Müsavat başqanın müavini onu da vurğulayıb ki, “Demokratik Birlik” fraksiyasının toplantısında Müsavat təmsilçiləri iştirak etməyəcək.
Anar Məcidzadə