Qənirə Paşayeva ABŞ-da türk icması ilə görüşüb - FOTO
08 oktyabr 2012 11:08 (UTC +04:00)

Qənirə Paşayeva ABŞ-da türk icması ilə görüşüb - FOTO

Amerika Birləşmiş Ştatlarında səfərdə olan millət vəkili Qənirə Paşayeva Hyustonda bir sıra görüşlər keçirib. Lent.az-ın məlumatına görə, millət vəkili Türkidilli ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində Texasda Türkiyənin Hyustondakı baş konsulu Cemalettin Aydın və Türk icmasının üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünün və bir dönəm təşkilata sədrlik etməsinin böyük bir uğur olduğunu söyləyən Türkiyənin baş konsulu ölkəsinin Azərbaycanın uğurlarına hər zaman sevindiyini və əlindən gələn dəstəyi hər zaman əsirgəməyəcəyini bildirib.

Qənirə Paşayeva da öz növbəsində bildirib ki, ABŞ-da yaşayan türk əsilli insanlar Dağlıq Qarabağ mövzusunda sıx birləşməlidir: “Dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. Hyustonda yaşayan türk əsilli insanların sayının getdikcə daha da artır. Bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin tərəfdarı olmayılıq”.

Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı məlumatlar verib və müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar